Hind Müdafiəsi 2.0

  • Qrossmeyster İ. Nataf ilə 30 saatlıq onlayn təlim
  • Qrossmeyster T. Rəcəbov ilə 10 saatlıq master-klass

"Hind Müdafiəsi 2.0" hind müdafiəsinə "əsas bələdçidir". Qrossmeyster İqor Nataf bu debüt üzrə dünya səviyyəli mütəxəssisdir və ömür boyu bu taktika ilə uğurla çıxış etmişdir. Onun bu debütdə anlayışı mükəmməldir və İ. Nataf karyerası ərzində çox sayda qrossmeysteri bu ölümcül silahla məğlub etmişdir.

Fişer və Kasparov kimi dünya çempionları tərəfindən sevilən hind müdafiəsi öz mürəkkəbliyi ilə seçilir! Teymur Rəcəbovun hind müdafiəsinin tətbiqindəki uğurunun bir hissəsi məhz İqor Natafa aiddir! Onlar bu debüt üzərində uzun müddət çalışmış və eyni fəlsəfəni paylaşmışlar!

Lakin əlbəttə ki, kompüterlərin istifadəsi ilə ağlar üçün yeni çıxış yolları tapılmışdır və məhz bu səbəbdən hind müdafiəsinin oyun üslubu illərlə dəyişmişdir.

Nataf "Hind Müdafiəsi 2.0" kursunda sözügedən debütü dərin formada yenidən işləmişdir və ilk növbədə ağ fiqurların turnir qarşılaşmalarında istifadə etdiyi ən yeni gedişlərini nəzərdən keçirmişdir. Kurs çərçivəsində o, əldə etdiyi unikal nəticələri sizinlə paylaşacaq. İ. Nataf sizə faydalı müdafiə taktikalarını tövsiyə edəcək və qara fiqurlarla 3 nəticəyə oynamaq üçün döyüşkən repertuar təklif edəcək ki, bu da günümüzdə heç də asan deyil...

Vaciblik və lövhə üzərində rastlaşma ehtimalı nəzərə alınmaqla kurs 5 hissədən ibarət olacaq:

  • Birinci hissə ağ fiqurların şahı oyunun böyük hissəsini e1 xanasında oynatdığı ən son düzülüşlər barədə olacaq.
  • Kursun ikinci hissəsi Nf3/Be2 və OO ilə klassik əsas xətt debütünə həsr olunacaq.
  • Üçüncü hissədə qara fiqurlar Fianketto sisteminə qarşı mübarizə aparmağın yolunu öyrənəcəklər (g3 xətləri)
  • Kursun 4-cü hissəsində qara fiqurlarla digər əsas sistemlərə qarşı oyun üsullarına baxılacaq (4 piyada hücumu, Zemiş, Petrosyan, Averbax və s.)
  • Və nəhayət 5-ci hissədə İqor “Anti-Hind Müdafiəsi” düzülüşü və digər müxtəlif gedişlərə qarşı oyun taktikasını göstərərək tövsiyələrini paylaşacaq (məsələn, Kolle, London Sistemi, Barri Hücumu və s.)

Cari kurs həvəskardan qrossmeysterə bütün səviyyələr üçün faydalıdır və unikal məzmundan ibarətdir. Bu materialı heç bir şahmat kitabında və ya onlayn videoda tapa bilmərsiniz.

Kursun dili

İngilis

İştirakçı sayı

12-dək

Başlama tarixi

2022-ci il üçün planlaşdırılır
  • Gündəlik 3 saat təlim
  • Həftədə 1 istirahət günü
Əldə et